Mövcud olan məlumata görə, Zemo-Poniçalada, partlayış yerində xilas edicilər iki nəfəri axtarırlar
Mövcud olan məlumata görə, Zemo-Poniçalada, partlayış yerində xilas edicilər iki nəfəri axtarırlar.
Bu barədə məlumatı hadisə yerində olan Birinci Kanalın jurnalisti verir.
Hadisə ilə bağlı rəsmi şərh hələ verilməyib, mövcud olan məlumata görə, partlayışa təbii qazın sızması səbəb olub.
Hadisə yerindən üç nəfər xəstəxanaya aparılıb.
Yanıq müalicəsi mərkəzinin rəhbəri Quqa Kaşibadzenin bəyanatına görə, hər üç nəfərin vəziyyəti ağırdır.
Tbilisidə, Zemo-Poniçalada partlayış bugün səhər baş verib.
Yayılan məlumata görə, partlayış, korpusun 3-cü və 4-cü mərtəbəsini dağıdıb.