Moskvada Rusiya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin zabitinin avtomobilini partladılmasında şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb
Moskvada Rusiya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin zabitinin avtomobilini partladılmasında şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb

Rusiya Müdafiə Nazirliyinin Moskvadakı Kəşfiyyat İdarəsinin zabitinin avtomobilinin partladılmasında şübhəli bilinən şəxs Türkiyəyə qaçıb.

Bu barədə məlumatı rus mediası ölkənin Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikova istinadən məlumat yayır.

Jurnalistin Rusiyaya ekstradisiyasının mümkün olub-olmaması ilə bağlı ünvanladığı sualına Borntikov “türklərlə işləyirik, işləyirik. Amma görək” cavabını verib.

Paralel olaraq, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Moskvada avtomobili partladılmasında şübhəli bilinən şəxsin Türkiyənin Bodrum şəhərində saxlanıldığını açıqlayıb. Yayılan məlumata əsasən, Rusiya vətəndaşı Yevgeni Serebryakov saxlanılıb.

Partlayış nəticəsində ər-arvad xəsarət alıb.

Hadisənin versiyalarından biri də qətl etmə cəhdidir, bu da zərərçəkmişin peşə fəaliyyəti ilə bağlıdır.

Avtomobil Moskvada bu gün partladılıb.