Moskva vilayətində sərnişin təyyarəsi qəzaya uğrayıb
Moskva vilayətində sərnişin təyyarəsi qəzaya uğrayıb

Moskva vilayətində təyyarə qəzası baş verdi. Rusiya mediasının məlumatına görə, “Suxoi Superjet” sərnişin təyyarəsi Apraksino qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. Bununla yanaşı, Rusiya agentliklərinin məlumatına əsasən, qöyərtədə cəmi üç ekipaj üzvü olub, onların hamısı həlak oldu.

Rus dövlət mediasının yazdığına görə, qəza təyyarə planlı təmirdən sonra Luxovitsı hava limanından Vnukovoya aparılarkən baş verib.

Məlumat yayılır ki, qəzaya bir neçə dəqiqə qalmış ekipaj kömək istəyib və qəzalı eniş üçün hazırlaşmağa başlayıb. Bundan sonra təyyarə havada bir neçə dövrə vurub və yerə çırpılıb. Qəzaya uğrayan təyyarə 2014-cü ildə buraxılıb və o “Qazprom Avia” şirkətinə məxsus olub.

Yerli hakimiyyət nümayəndələri artıq qəza yerinə gediblər. İstintaq başladılıb.