Milli Muzeydə "Gürcüstanda dinlər" adlı sərgi açıldı
Milli Muzeydə "Gürcüstanda dinlər" adlı sərgi açıldı

Din məsələləri üzrə dövlət agentliyi Gürcüstanın Milli muzeyi ilə birlikdə, “Gürcüstanda dinlər” adlı sərgi açdı.

Sərgidə Gürcüstanda mövcud olan dini konfessiyaların nümayəndələri, iqtidar üzvləri və təhsil sisteminin nümayəndələri iştirak edirlər.

Sərgidə müxtəlif dinlərin müqəddəs kitabları, ədəbiyyatı və tarixi fotoları, dini geyimləri və atributikası təqdim olunur.

Sərgi Milli muzeydə bir neçə ay davam edəcək. Onun məqsədi dini təşkilatlar haqqında daha çox məlumat verməkdir.