Milli İcra Bürosuna Erekle Ğvinianidze rəhbərlik edəcək
Milli İcra Bürosuna Erekle Ğvinianidze rəhbərlik edəcək

Gürcüstan Ədliyyə naziri, Rati Breqadze Milli İcra Bürosunun rəhbərini təqdim etdi. İdarənin sədri vəzifəsini Erekle Ğvinianidze tutdu.

Rati Breqadzenin bəyan etdiyinə görə, Erekle Ğvinianidze icra sistemində təcrübəli və peşəkar kadrdır, icranı daha effektli və sosial yanaşmaya daha adaptasiya olunmuş edəcək.

Nazirin dediyinə görə, yeni sədrin müvafiq təhsili və lazımı qabiliyyəti var ki, icra sistemində planlaşdırılmış yeni islahatları düzgün yerinə yetirsin.

Milli İcra Bürosunun mətbuat xidməinin məlumatına görə, görüşdə məhkəmə qərarlarının effektli icrasına xüsusi diqqət yetirildi.

Büronun yeni rəhbəri sistemdə 20 ildir işləyir. Erekle Ğvinianidze 2002-2012-ci illərdə Milli İcra Bürosunda müxtəlif vəzifələrdə işləyirdi, 2012-ci ildən isə, özəl icraçı idi.

Yeni rəhbər işinə bu gündən başladı.