Millətlər Liqası | Albaniya və Gürcüstan yığmalarının oyunu Birinci Kanalda - "Xaçlılar" Tiranada qalibiyyətlə qrupda təkbaşına liderlik edəcəklər #1TVSPORT
Millətlər Liqası | Albaniya və Gürcüstan yığmalarının oyunu Birinci Kanalda - "Xaçlılar" Tiranada qalibiyyətlə qrupda təkbaşına liderlik edəcəklər #1TVSPORT

 
Gürcüstanın milli komandası Albaniya ilə oyun öncəsi Tiranada, qarşılaşmaya ev sahibliyi edəcək stadionda 24 futbolçunun iştirak etdiyi son məşqini keçirib.

Hər iki komanda Millətlər Liqasının yeni oyununa qələbə ilə başlayıb. Sentyabrın 7-də ilk turda Gürcüstan yığması Çexiyaya 4:1 hesabı ilə qalib gəldi, Albaniya isə Praqada Ukraynaya 2:1 hesabı ilə qalib gəldi. Bu səbəbdən bu qarşılaşma hər iki komanda üçün prinsipial olacaq – qalib təkbaşına qrupda liderlik edəcək və Dünya Çempionatına çıxmaq üçün böyük addım atacaq.

Albaniya və Gürcüstan yığmalarının qarşılaşması sentyabrın 10-da, Tbilisi vaxtı ilə saat 22:45-də başlayacaq. Gürcüstanın Birinci Kanalı matçın birbaşa reportajını sizə təqdim edəcək.

Vili Sanioli: “Albaniya yığması da bizim kimi Avropa çempionatında özünü yaxşı göstərdi. Biz çox güclü komanda ilə qarşılaşdığımızı bilirik. Stadionda gözəl ab-hava olacaq və biz çətin şəraitdə oynamalı olacağıq. Bu, futbolçulara ayıq-sayıq oynamaları üçün əlavə motivasiyadır.

İki il əvvəl Albaniya ilə yoldaşlıq görüşünü heç-heçə (0:0) başa vurduq və rəqibi yaxşı öyrəndik. Çalışacağıq ki, Tbilisidə Çexiya yığması ilə bacardığımız kimi futbol nümayiş etdirək və eyni konsentrasiya ilə oynayaq.

Hesaba baxmayaraq, deyə bilmərəm ki, Çexiya ilə asan oyun keçirdik – sadəcə olaraq, futbolçular o gün ən yaxşı oyunlarını göstərdilər. Qısa müddətdə ikinci oyunu keçirməliyik, bir gün istirahətimiz var idi, lakin çalışacağıq ki, maksimal şəkildə yaxşı hazırlaşaq.

Gürcüstan yığmasında bir çox futbolçu penaltiləri yaxşı yerinə yetirir – Kvaratsxelia, Mikautadze, Qvelesiani. Bu baxımdan bizim seçim azadlığımız var. Konkret qarşılaşmada kimin cavabdehliyi öz üzərinə götürəcəyi önəmlidir”.

Albaniya yığmasının məşqçisi: “Bu qrupda hər şey gözlənilir. Ukrayna və Çexiya çox güclü komandalardır, Gürcüstan isə hələ görməmisinizsə, yaxşı hazırlıqlı, fiziki və texniki cəhətdən güclü komandadır. Onların çox çalışmış möhtəşəm məşqçisi var.

Hər bir məşqçi komandanı qələbəyə hazırlayır. Düşünürəm ki, sabah bizi çox yaxşı matç gözləyir, rəqib bunun yüksək intensivlikli oyun olacağını bilir. Nəticə əldə etmək istəyiriksə, yüksək templə oynamalıyıq. Gürcüstan Avropa səviyyəli çox yaxşı komandadır, lakin düşünürəm ki, onlara qarşı çox yaxşı oynayacağıq.

Gürcüstan yığmasında Kvaratsxeliadan başqa, soyadlarını tələffüz etməkdə çətinlik çəkdiyim və adlarını çəkməyəcəyim daha 4-5 möhtəşəm oyunçu var. Onlar çox çalışırlar və eyni zamanda çox texnikidirlər. Onlara qarşı oynamaq xoşdur. Gələcəkdə bu səviyyədə mübarizə apara biləcək gənc futbolçularımız da var” – Silvinio bildirib.

Qiorqi Mamardaşvili: “Qonaq statusu ilə oynamaq heç vaxt asan deyil və sabah da çətin qarşılaşma gözləyirik. Bilirik ki, oyun üçün bütün biletlər satılıb və tribunalar dolu olacaq. Hərçənd, uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Gürcüstan yığmasının qapısını təmiz saxlamağı ilk dəfə məhz Albaniyada bacardım. Mən o zaman Avropa karyerama təzə başlamışdım. Bundan sonra düşünürəm ki, kifayət qədər böyük təcrübə qazandım. Ümid edirəm ki, Çexiyaya qarşı oynadığımız kimi oynayacağıq, qalib gələcəyik və bu stadiondan xoş xatirələrim qalacaq.

Əvvəlki matçlarda komanda yoldaşlarımın hücumunda oynamaqdan həzz alırdım. Bu resursu nəzərə alsaq, məntiqlə Dünya Çempionatına çıxa bilərik.

Çexiya oyunundan sonra niyə azarkeşlərin yanına keçdim? Bu, təşəkkür jesti idi. Düşünürəm ki, onlar olmasaydı, indiki səviyyəyə çata bilməzdik. Azarkeşlər bizim üçün xüsusilə vacibdir, çünki biz bir komandayıq”.