Mixeil Çxenkeli - Ana dili ölkənin və millətin xüsusiyyətlərinin qorunmasının və inkişafının əsasıdır
Mixeil Çxenkeli - Ana dili ölkənin və millətin xüsusiyyətlərinin qorunmasının və inkişafının əsasıdır

Gürcüstanın Təhsil və Elm Naziri Mixeil Çxenkeli gürcü ictimaiyyətini ana dili günü ilə təbrik edir.

“Bu gün Gürcüstanın müasir tarixinin ən önəmli günlərindən – ana dili gününü qeyd edirik.

42 il bundan əvvəl 1978-ci ilin aprelin 14-də, Gürcüstan əhalisi gürcü dilinin dövlət dili statusunun qorunması üçün Sovet iqtidarına qarşı çıxdı və böyük etirazlar nəticəsində, dilimizi qoruya bildi və bu ictimaiyyətimiz üçün çox önəmli bir hadisədir.

İllər öncə, böyük risk bahasına gələcək nəsil üçün, əsrlər qədər tarixi olan unikal ana dilini qoruyan insanlara minnətdarlığımı bildirmək istəyirəm.

Gürcü dilinə qayğı göstərmək dövlətin əsas prioritetidir, çünki ana dili, sadəcə danışdığımız dil deyil, həmçinin millətin, dövlətin xüsussiyyətlərinin qorunmasının və inkişafının əsasıdır”, – dedi Mixeil Çxenkeli.