Mixail Saakaşvili Poroşenkoya kameralarının müşaiəti ilə görüş təklif edir
Mixail Saakaşvili Poroşenkoya kameralarının müşaiəti ilə görüş təklif edir

Odessanın keçmiş qubernatoru, Mixail Saakaşvili Ukraynanın prezidenti Petro Poroşenkoya etiraz aksiyası zamanı çıxış edərkən kameralar qarşısında görüş təklif etdi.

Saakaşvilinin qeyd etdiyi kimi, bu görüşdə yalnız korrupsiyanın qarşısının alınması barədə danışacaq.

“Ukraynanın böyük gələcəyi var və biz qan tökülməməsi üçün hər şeyi etməliyik. Lakin “barriqalarla” barışmayacağıq, korrupsiya ilə barışmayacağıq. Səhnə arxasında görüşlər olmayacaq. Mən “barriqalara” təslim olmayacam xə sizə xəyanət etməyəcəm.

Ukraynanın böyük gələcəyi var. Təəssüf ki, son illərdə oliqarxlar Gürcüstanda, Moldovada, Rusiyada və bəzi Avropa ölkələrində qalib gəlirlər. Onlar dövlətin inkişafına mane olurlar. Ukrayna oliqarxların əsirliyindədir və biz onlardan ölkəni azad etməliyik”, – Mixail Saakaşvili bəyan etdi.

Mixail Saakaşvilinin təçkilatşılığı ilə, Maydanda etiraz aksiyası keçirilir. Nümayişçilər, Ukrayna prezidentinin istefasını və Saakaşviliyə qarşı hüquqi təqibinin dayandırılmasını tələb edirlər.