Mixail Saakaşvili mitinqlərin təşkil edilməsi üçün maliyyə yardımını Ukrayna vətəndaşlarından istəyir
Mixail Saakaşvili mitinqlərin təşkil edilməsi üçün maliyyə yardımını Ukrayna vətəndaşlarından istəyir

Mixail Saakaşvili mitinqlərin təşkil edilməsi üçün maliyyələşdirilməyi Ukrayna vətəndaşlarından istəyir.

Gürcüstanın sabiq prezidenti bu məqsədlə “Facebook” səhifəsində bank hesabının rekvizitlərini yaydı.

“Etiraz marşının təşkil edilməsi üçün bizə flayerlərin çap olunması lazımdır. Həmçinin, xalqın regionlardan Kiyevə gəlməsinə yardım etməliyik. Mitinq üçün səhnə və səs apparaturasının kirayələnməsi üçün də maliyyə lazımdır” – yazır Odessa əyalətinin sabiq qubernatoru.

Xatırladaq ki, Mixail Saakaşvili, Ukraynanın prezidenti Petro Poroşenkonun istefa etməsi tələbi ilə fevralın 4-də aksiya keçirməyi planlaşdırır.