Mixail Saakaşvili kitabxanasında yanğın baş verdi
Mixail Saakaşvili kitabxanasında yanğın baş verdi

Tbilisidə Kostava küçəsində yerləşən Mixail Saakaşvili prezident kitabxanasında yanğın baş verdi. Yanğın-xilasetmə xidmətinin dörd qrupu hadisə yerinə səfərbər olunmuşdu.

Gürcüstanın Birinci Kanalına fövqəladə halların idarə olunması xidmətindən bildirildiyinə görə, 15 kvadratmetr sahədə ofis inventarı yanırdı. Yanğın hazırda artıq söndürülüb.

“Bildirişdən 3-4 dəqiqə ərzində dörd yanğın-xilasetmə dəstəsi səfərbər olunmuşdu. Hadisə yerində bizə tüstülənmə halı rast gəldi. Bir neçə dəqiqəyə yanğının dayndırılması və sonra onun söndürülməsi baş verdi. Heç kim zədələnməyib, təxminən, 15 kvadratmetr sahə yanıb. Yanğını əmələ gətirmə səbəbin müəyyən edilməsi həyata keçirilir”, – Fövqəladə halların idarə olunması xidmətindən bildirirlər.