Mixail Qaluzin - Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndirilməsi və Kanada nümayəndələrinin orada iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir
Mixail Qaluzin - Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndirilməsi və Kanada nümayəndələrinin orada iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir

Rusiya Avropa İttifaqının Ermənistandakı missiyasının genişlənməsindən narahatdır və Kanada nümayəndələrinin orada iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir. – Bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, Moskva Avropa İttifaqı missiyasının Ermənistandakı fəaliyyətini mənfi qiymətləndirir.

Qaluzin fikrincə, Avropa İttifaqının vəzifəsi region dövlətlərinin – Rusiya, İran və Türkiyənin ənənəvi tərəfdaşları və qonşularının maraqlarına zərər verərək Cənubi Qafqazda möhkəmlənməyə çalışmaqdır.

“Qərblilərin Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər haqqında kəşfiyyat məlumatı topladığını söyləmək üçün bütün əsaslar var. Biz əminik ki, Cənubi Qafqazda davamlı sülhə yalnız Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə üçtərəfli sazişlərin hərtərəfli həyata keçirilməsi əsasında nail olmaq olar”, – Mixail Qaluzin bildirib.