Metyu Miller - "Gürcü Arzusu" qanunu qəbul etməklə ölkəni Avropaya inteqrasiyadan daha da uzaqlaşdırdı, Blinken bəyan etdi ki, demokratik prosesləri sarsıdan hamıya ola bilsin ABŞ vizaları almaq hüququ verilməsin
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller, prezidentin vetosunu dəf etməklə və qanunu qəbul etməklə “Gürcü Arzusu”nun ölkəni Avropaya inteqrasiya yolundan daha da uzaqlaşdırdığını və gürcü xalqının Avro-Atlantik istəklərinə məhəl qoymadığını bildirib.
O, hakim partiyanın hərəkətlərinin və anti-Qərb ritorikasının Gürcüstanın demokratik trayektoriyasına, iqtisadi təhlükəsizliyinə, Aİ üzvlüyünə və ABŞ-Gürcüstan münasibətlərinə təhlükə yaratdığını deyib.
“Gürcüstanın Parlamenti Avropa normalarına uyğun gəlməyən antidemokratik xarici təsir qanun layihəsinə Gürcüstan Prezidentinin qoyduğu vetonun ləğv edilməsini dəstəkləyib, bu da qanun layihəsini qanuna çevirib. Birləşmiş Ştatlar bu hərəkəti pisləyir. Bu qanunu qəbul etməklə, “Gürcü Arzusu” hakim partiyası ölkəni Avropaya inteqrasiya yolundan daha da uzaqlaşdırdı və həftələrdir bu qanuna qarşı küçələrə çıxan gürcü xalqının Avro-Atlantik istəklərinə məhəl qoymadı.
“Gürcü Arzusu” Avropa Şurasının, Venesiya Komissiyasının hüquqi qiymətinə və qanunun vətəndaş cəmiyyətini və medianı damğalayacağından, eləcə də fundamental azadlıqları məhdudlaşdıracağından narahatlığını açıq şəkildə ifadə edən Gürcüstanın ən yaxın tərəfdaşlarının qiymətləndirməsinə məhəl qoymadı. Hakim partiyanın hərəkətləri və anti-Qərb ritorikası Gürcüstanın demokratik trayektoriyasına, gələcək iqtisadi təhlükəsizliyinə, Aİ üzvlüyünə, eləcə də ABŞ-Gürcüstan münasibətlərinə təhlükə yaradır.
Keçən həftə dövlət katibi Blinken bəyan etdi ki, Gürcüstanda demokratik prosesləri və ya təsisatları sarsıdan hamıya, eləcə də onların ailə üzvlərinə ABŞ-a səyahəti istisna edən yeni elan edilmiş siyasət çərçivəsində ola bilsin ABŞ vizaları almaq hüququ verilməsin. Birləşmiş Ştatlar həmçinin ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıb. Katib Blinkenin keçən həftə bəyan etdiyi kimi, qərarımızı verərkən “Gürcü Arzusu”nun hərəkətlərini nəzərə alacağıq.
Birləşmiş Ştatlar gürcü xalqının yanında dayanmağa davam edəcək, çünki onlar demokratik və Qərb gələcəyi üçün çalışırlar. Təəssüf ki, Gürcüstanın liderləri xalqının istədiyi qərb istiqamətində ölkənin irəliləməsi üçün zəruri olan addımları atmaqdan imtina etməyi seçirlər”-Metyu Miller bildirir.
Parlament bugünkü plenar iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanuna prezidentin qoyduğu vetonu dəf edib.