Metyu Miller bildirir ki, ABŞ Ukrayna məsələsi üzrə ikinci “Sülh sammitində” Rusiyanın iştirakı ilə bağlı Kiyevin təşəbbüsünü dəstəkləyəcək
Metyu Miller bildirir ki, ABŞ Ukrayna məsələsi üzrə ikinci “Sülh sammitində” Rusiyanın iştirakı ilə bağlı Kiyevin təşəbbüsünü dəstəkləyəcək

 
ABŞ ikinci “Sülh sammitində” Rusiyanın iştirakı ilə bağlı Ukraynanın təşəbbüsünü dəstəkləyəcək-bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Miller qeyd edib ki, Vaşinqton hər zaman diplomatiyanın tərəfində dayanır, lakin bu cür qərarları yalnız Ukrayna verə bilər.

“Rusiya Federasiyasının “Sülh sammiti”nə dəvət edilməsinin mümkünlüyü bizim Ukrayna ilə onların tərəfdaşı və dəstəkçisi kimi müzakirə etdiyimiz məsələdir. Əgər onlar Rusiyanı dəvət etmək istəyirlərsə, təbii ki, biz bu qərarı dəstəkləyəcəyik”- Miller bildirib.