“Meta” Donald Trampın “Instagram” və “Facebook” hesablarına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
“Meta” Donald Trampın “Instagram” və “Facebook” hesablarına qoyulan məhdudiyyətləri aradan qaldıracaq

“Meta” Donald Trampın “Instagram” və “Facebook” hesablarına qoyulan məhdudiyyətləri aradan qaldıracaq. Bu barədə “Fox News” məlumat yayıb. Meta sözçüsü şirkətin Trampın hesablarına 2021-ci ilin yanvar ayından qüvvədə olan qadağanı ləğv edəcəyini təsdiqləyib.

Şirkət bu qərarın prezident seçkilərində namizədlər arasında bərabərliyi təmin etmək məqsədilə qəbul edildiyini açıqlayıb.

“Biz hesab edirik ki, Amerika xalqı prezidentliyə namizədləri dinləyə bilməlidir”, – deyə şirkətin bəyanatında bildirilir.

Bununla belə, Metanın bəyanatında deyilir ki, Tramp şirkətin qaydalarını yenidən pozarsa, onu daha sərt cəzalar gözləyir.

Məlumat üçün bildirək ki, 2021-ci il yanvarın 6-da Kapitoliyə hücum etdikdən sonra Meta Trampın sosial media hesablarını bloklayıb və onun “zorakılıq edən” insanları “təriflədiyini” deyib.