Meksikada prezident seçkilərinin kampaniyası zamanı güclü külək səbəbindən səhnə uçub, hadisə 9 nəfərin həyatını itirməsi ilə nəticələnib, 54 nəfər isə yaralanıb
Meksikada prezident seçkilərinin kampaniyası zamanı güclü külək səbəbindən səhnə uçub, hadisə 9 nəfərin həyatını itirməsi ilə nəticələnib, 54 nəfər isə yaralanıb

 
Meksikada prezident seçkilərinin kampaniyası zamanı güclü külək səbəbindən səhnə uçub, hadisə 9 nəfərin həyatını itirməsi ilə nəticələnib, 54 nəfər isə yaralanıb.

Hadisə prezidentliyə namizəd Xorxe Alvares Mainesin tərəfdarlarına müraciəti zamanı baş verib. Meksika hökuməti, insanları səhnənin altından çıxarmaq üçün işlərin hələ də davam etdiyini bəyan edib.

Xorxe Alvares Maines çıxışından əvvəl səhnəni yoxladıqlarını, lakin belə güclü küləyin olacağını gözləmədiklərini bildirir. O, baş vermiş hadisə ilə bağlı istintaqın başladılacağını deyib.