Məkkədə Həcc ziyarəti zamanı yüksək havanın temperaturu səbəbindən 550-dən çox insan həyatını itirib
Məkkədə Həcc ziyarəti zamanı yüksək havanın temperaturu səbəbindən 550-dən çox insan həyatını itirib

Məkkədə illik Həcc ziyarəti zamanı 577 zəvvar istidən dünyasını dəyişib.

Ölənlərdən 320-si Misir, 60-ı isə İordaniya vətəndaşıdır.

Havanın temperaturu 50 dərəcəni keçir. 2000-ə yaxın insan havanın qızması səbəbindən xəstəxanalara yerləşdirilib.

Müsəlmanların müqəddəs məkanına 1,8 milyona yaxın insan gəlib.