Mayk Conson Co Baydeni Gizli Xidmətin direktorunu işdən çıxarmağa çağırır
Mayk Conson Co Baydeni Gizli Xidmətin direktorunu işdən çıxarmağa çağırır

 
Nümayəndələr Palatasının sədri Mayk Conson ABŞ Prezidenti Co Baydeni Gizli Xidmətin direktorunu işdən çıxarmağa çağırır.

Conson, “Fox Business”ə müsahibəsində Nümayəndələr Palatasında Respublikaçılar və Demokratların nümayəndələri ilə telefon danışığı apardığını bildirib.

“Həmçinin, Federal Təhqiqat Bürosunun direktoru Kristofer Reyi və Gizli Xidmətin direktoru Çitlini dəvət etmişdik. Bəzi çox vacib suallara bizi qane edən cavablar vermədilər” – Conson bildirib.

Nümayəndələr Palatasının sədri, indi cavabdan çox sualların olduğunu və bunun məyusedici, eləcə də təhlükəli olduğunu deyib.

İyulun 14-də Batler şəhərində tərəfdarları ilə görüş zamanı ABŞ-ın sabiq prezidenti Donald Trampa atəş açıblar. Nəticədə o, xəsarət alıb, lakin həyatı üçün təhlükə yoxdur. Atışma zamanı mitinqin bir iştirakçısı həlak olub, daha iki nəfər isə ağır yaralanıb.