Martın 25-28-də, Tbilisi 23-cü caz festivalına ev sahibliyi edəcək
Martın 25-28-də, Tbilisi 23-cü caz festivalına ev sahibliyi edəcək

Martın 25-28-də, Tbilisi 23-cü caz festivalına ev sahibliyi edəcək.

Bu ilki festivalın iştirakçıları dünya ulduzları olacaqlar: beş Qremmi mükafatının sahibi caz vokalist Dayan Rivs, cazın əfsanələri Keni Baron, Deiv Holand və Conatan Bleik və yeni doğan ulduz Ayana Uiter-Conson.

Dünya ulduzları ilə bərabər bu ilki caz-festivalda müxtəlif nəslin gürcü cazçıları da iştirak edəcəklər.

Martın 25-də festival Rustaveli teatrında Britaniyalı musiqiçi Ayana Uiter-Consonun konserti ilə açılacaq.

Martın 28-də isə, festival Rustaveli teatrında əfsanəvi caz musiqiçi Daian Rivsin bendinin çıxışı ilə başa çatacaq.