Marketa Qreqorova- Gürcüstanda  sağlam , rəngarəng və plüralist parlamentin olması vacibdir
Marketa Qreqorova- Gürcüstanda  sağlam , rəngarəng və plüralist parlamentin olması vacibdir

 

Ümid edirəm ki, Avropa Birliyi və ABŞ-ın Gürcüstandakı səfirlərinin vasitəçiliyi ilə hakim və müxalifət partiyaları arasında aparılan danışıqlarda irəliləyiş olacaq-  deyə Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında Avropa Parlamentinin üzvü Marketa Qreqorova bildirib.

Marketa Qreqorovanın da dediyi kimi, yeni seçki sistemi xalqın istəyi nəticəsində yaradıldı, bu həm də danışıqların nəticəsi idi.

“ATƏT-in müşahidəçilik  missiyasının üzvləri  qeyd etdilər ki, ümumilikdə fundamental azadlıqlar qorunmuş idi, bu da öz növbəsində demokratik seçkilərin əsasını təşkil edir. Ümid edirəm ki, Avropa Birliyi və ABŞ-ın Gürcüstandakı səfirlərinin vasitəçiliyi ilə hakim və müxalifət partiyaları arasında aparılan danışıqlarda irəliləyiş olacaq.Eyni zamanda, danışıqların 5-ci həftəsindən sonra tərəflər arasında ciddi bölünmənin baş verdiyindən təəssüfləndiyimi bildirirəm. Bütün tərəfləri fəal olmağa və razılıq əldə etməyə çağırıram. Parlamentarilərin öz yerlərini tutmağa  olduqca az vaxt qalır və onlar bu yerləri tutmalıdırlar.Gürcüstanda  sağlam , rəngarəng və plüralist parlamentin olması vacibdi ” – deyə Marketa Qreqorova  bildirib.