Mark Tsukerberq Senat komitəsinin qarşısına çıxacaq
Mark Tsukerberq Senat komitəsinin qarşısına çıxacaq

Ən iri sosiyal şəbəkənin təsisçisi və direktoru Mark Tsukerberq bugün Senatın hüquqi və ticari komitələrinin qarşısına çıxacaq.

Tsukerberq, Britaniyanın analitik proqramı “Kembric analitiks”-in işi ilə bağlı konqresmenlərin suallarına cavab verəcək.

İttihama görə, Facebook bu şirkətə 87 milyon istifadəçinin şəxsi göstəricilərini verdi.

Ona qədər isə, konqres Facebook-un təsisçisinin ifadəsini yaydı, hansında Tsukerberq üzr istəyir və deyir ki, istifadəçilərin şəxsi göstəricilərini qorumaq üçün daha çox şey etməli idi.

Sosiyal şəbəkənin təsisçisi deyir ki, Facebook-da dəyişikliklərin həyata keçirilməsi üçün müəyyən vaxt lazımdır, lakin, istifadəçilərin şəxsi göstəricilərini qorumaq üçün o daha ciddi tədbirlər görməyə hazırdır.

Sabah, aprelin 11-də Mark Tsukerberq Senatın Energetika və Ticarət komitələrinin qarşısında çıxış edəcək.

Britanilayı “Kembric analitika” şirkətinin ətrafındaki skandal, Donald Trampın seçki qərargahının, məhz bu şirkətin xidmətindən istifadə etdiyi barədə məlumatın yayımasından sonra başladı.

Amerikan medyasının keçirdiyi istintaq nəticələrinə əsasən, bu şirkət dünyada 2000-dən artıq plebissitin keçirilməsində iştirak edib.