Mark Tsukerberq Facebook istifadəçilərinin şəxsi məlumatlarının yayılmasına görə, Avroparlamentdə üzr istədi
Mark Tsukerberq Facebook istifadəçilərinin şəxsi məlumatlarının yayılmasına görə, Avroparlamentdə üzr istədi

Sosiyal şəbəkə Facebook-un təsisçisi Marq Tsukerberq Avroparlamentdə fraksiya rəhbərləri ilə görüş zamanı, Facebook istifadəçilərinin şəxsi məlumatlarının yayılması faktı ilə bağlı üzr istədi.

O qeyd etdi ki, istifadəçilərin şəxsi məlumatlarının yayılmasından dolayı yarana biləcək təhlükəyi vaxtında müəyyən edə bilmədi.

“Bu bir səhv idi və üzr istəyirəm” – dedi Tsukerberq.

Eyni zamanda, Mark Tsukerberq Avropalı deputatları əmin etdi ki, şirkət əlindən gələni edəcək ki, Avroparlament seçkilərinə kənar qüvvələrinin müdaxilə etməsinə imkan verməyəcək.

Avroparlamentarların suallarına cavab verəkən, Mark Tsukerberq Facebook-un sosiyal şəbəkələr bazarını monopolizasiya etdiyi haqqında suçlamaları rədd etdi.

“Məncə, ildən ilə rəqiblərimiz artır” – dedi Tsukerberq.

Mark Tsukerberqin Avroparlament qarşısına çıxmasını gərəkdirən məsələ, Britaniualı “Kembric analitika” şirkətinin ətrafındaki skandaldır.

Həmin məsələyə görə, Mark Tsukerberq ABŞ konqresi qarşısına da çıxdı.