Marin Le Pen - Baş nazirin dəyişməsi halında, Emmanuel Makron Ukraynaya qoşunları göndərə bilməyəcək
Marin Le Pen - Baş nazirin dəyişməsi halında, Emmanuel Makron Ukraynaya qoşunları göndərə bilməyəcək

 
Baş nazirin dəyişməsi halında, Fransanın Prezidenti Emmanuel Makron Ukraynaya qoşunları göndərə bilməyəcək- bu haqda Fransanın müxalifət partiyası “Milli Birliy”in nümayəndəsi Marin Le Pen deyib.

Fransız siyasətçi bildirib ki, ali baş komandan titulu prezident üçün fəxri statusdur, çünki portfelə məhz ölkənin baş naziri nəzarət edir.

Ölkə başçısı ilə mümkün birgə yaşayışı necə gördüyünə dair Marin Le Penə ünvanlanmış suala o, cavabında Fransanın konstitusiyasında hər şeyin aydın şəkildə göstərildiyini deyib. Baş nazirin seçiminə gəlincə, Le Pen prezidentin başqa seçimi olmadığını anladığını, çünki Cordan Bardellanın birbaşa fransızlardan legitimlik aldığını bildirib.

Müxalifət “Milli Birlik” partiyasının qalib gələcəyi halda, partiyanın baş nazirliyə namizədi məhz Cordan Bardella olacaq. “Cordan onunla mübarizə aparmaq niyyətində deyil, lakin o, qırmızı xəttlər qoyub. Prezident Ukraynaya qoşunları göndərə bilməyəcək”- deyə Marin Le Pen açıqlayıb.