Mariam Kvrivişvili ümid edir ki, fevral ayından qış kurortları açılacaq
Mariam Kvrivişvili ümid edir ki, fevral ayından qış kurortları açılacaq

Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili ümid edir ki, fevral ayından qış kurortları necə Gürcüstan vətəndaşları, eləcədə beynəlxalq turistlər üçün açılacaq.

“Hər birimiz qış kurortlarının açılmasını gözləyirdik. İlk dalğadaki dinamika bizi düşündürürdü ki, bəlkə bu mövsumda qış kurortlarında daxili və xarici qonaqları qəbul edə bilərik. Ancaq epidemioloji vəziyyətdən irəli gələrək, epidemioloqları və səhiyyə ekspertlərini ciddiyə almalıyıq.

Ona görə də qərar verildi ki, ki ay ərzində,  kurortların fəaliyyəti dayandırılsın.

Başa düşürük ki, həmin kurortlardaki mehmanxanalar üçün bu vəziyyət çox ağırdır, ancaq müsbət gözləntilərimiz var və ümid edirik ki, gələn ilin əvvəlindən, faktiki olaraq, fevral ayından kurortlarımız yenə hazır olacaq.

İctimaiyyətimizlə bərabər yaratdığımız epidemioloji vəziyyət, qış kurortlarımızda daxili və xarici qonaqları qəbul etməyimizə izin verəcək”, – dedi Mariam Kvrivişvili.