Maria Peichinovich Burich - Gürcüstanın yerinə yetirməsi gərəkən bir neçə müddəa var və namizəd ölkə olacağına ümid bəsləyirik
Maria Peichinovich Burich - Gürcüstanın yerinə yetirməsi gərəkən bir neçə müddəa var və namizəd ölkə olacağına ümid bəsləyirik

 

Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün namizəd statusu almasını aktiv şəkildə dəstəkləyirik. Gürcüstanın yerinə yetirməsi gərəkən bir neçə müddəa var və onun da həmçinin namizəd ölkə olacağına ümid bəsləyirik – bu barədə Avropa Şurasının baş katibi Maria Peichinovich Burich Avropa Şurası Parlament Assambleyasının sessiyasında açıqlayıb.

O, Avropa Şurasının Avropa İttifaqı ilə münasibətlərinin 2007-ci ildə imzalanmış anlaşma memorandumuna əsaslandığını bildirib.

“Avropa İttifaqı ilə münasibətlərimiz 2007-ci ildə imzalanmış anlaşma memorandumuna əsaslanır. Hər şey kəskin şəkildə dəyişdi. Avropa Şurası böyüdü, lakin Aİ daha da genişləndi. Yəqin ki, biz bu əlaqələri daha da aktivləşdirə bilərik. Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün namizəd statusu almasını aktiv şəkildə dəstəkləyirik. Gürcüstanın yerinə yetirməsi gərəkən bir neçə müddəa var və onun da həmçinin namizəd ölkə olacağına ümid bəsləyirik. Belə ki, Qərbi Balkanlardan kənarda say Avropanın digər yerlərində olan üzvlərin hesabına genişlənir. Belə ki, bizim üçün faydalı olacaq standartlarımız, yollarımız və vasitələrimiz var. Əlaqələrimizin gələcəkdə daha geniş və əhəmiyyətli olacağına ümid bəsləyirəm”- deyə Avropa Şurasının baş katibi açıqlayıb.