Mamuka Baxtadze - mayda Gürcüstan ilk dəfə olaraq Dünya Bankının icraçı direktorlar şurası iclasına ev sahibliyi edəcək
Mamuka Baxtadze - mayda Gürcüstan ilk dəfə olaraq Dünya Bankının icraçı direktorlar şurası iclasına ev sahibliyi edəcək

Gürcüstan Maliyyə naziri, Mamuka Baxtadze və Dünya Bankının icraçı direktoru, Frenk Himsker Vaşinqtonda keçirilən görüşdə Gürcüstan və Dünya Bankı arasında əməkdaşlıq məsələsini müzakirə etdilər.

Maliyyə naziri, Mamuka Baxtadze Dünya Bankının icraçı direktorunu cari mikroiqtisadi gösətəricilər və 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində iqtisadiyyatda qeydə alınan pozitiv dinamika ilə tanış etdi.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Beynəlxalq Valyuta Fondunun “Genişləndirilmiş Maliyyə Mexanizmi” (EFF) proqramının ikinci müzakirəsinin uğurla sona yetməsi müsbət dəyərləndirildi.

Görüşdə qeyd edildi ki, Dünya Bankı prioritetli sahələrin – maqistralların tikintisi, energetika, kənd təsrrüfatı, bölgə və munispal inkışafın maliyyələşdirməsini gələcəkdə də davam etdirəcək.

Görüş Vaşinqtonda, Gürcüstan Maliyyə naziri səfəri çərçivəsində baş tutdu.