Maka Bocorişvili - Müxalifət cinahında olan partiyalar əziyyət çəkirlər və bir şəkildə seçki səddini aşmağa çalışırlar
Maka Bocorişvili - Müxalifət cinahında olan partiyalar əziyyət çəkirlər və bir şəkildə seçki səddini aşmağa çalışırlar

 
Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bocorişvilinin bəyanatına əsasən, müxalifət cinahında olan siyasi partiyalar əziyyət çəkirlər və bir şəkildə növbəti çağırış parlamentinə seçilməyə və seçki səddini aşmağa çalışırlar.

“Onların problemi məhz budur. Hansı konfiqurasiya ilə seçki səddini aşa biləcəkləri də onlar üçün problemdir. Bu, onların qərarıdır. Bu birlik və ya parçalanmanın böyük təsiri olmayacaq, “Milli Hərəkat”ın davamçıları bir ideyaya xidmət edirlər” – Bocorişvili qeyd edib.

Bununla yanaşı, Maka Bocorişvilinin qiymətləndirməsinə əsasən, prezident öz funksiyasından irəli gələrək, konstitusiyaya zidd hərəkət edir.

“Siyasi partiyalarla ittifaqa girmək onun vəzifəsi deyil, lakin biz onun bu funksiyanı yerinə yetirmək və seçkiöncəsi prosesdə müəyyən rol oynamaq üçün müəyyən səylərlə məşğul olduğunu görürük, bu, heç də onun vəzifəsi deyil” – Maka Bocorişvili bildirib.