Maia Sandu Moldovaya xəyanətə görə saxlanılanların ciddi şəkildə cəzalandırılması gərəkdiyini bildirir
Maia Sandu Moldovaya xəyanətə görə saxlanılanların ciddi şəkildə cəzalandırılması gərəkdiyini bildirir

 
Biz dövlətə xəyanətə görə cinayətkarları ciddi şəkildə cəzalandırmalıyıq – bu haqda Moldovanın Prezidenti Maia Sandu ölkə parlamentində aparılan axtarışdan sonra iki nəfərin saxlanılması ilə bağlı deyib.

Moldovanın Prezidenti bildirib ki, təkcə belə halların üzə çıxarılması yetərli deyil.

“Təəssüf ki, bütün bunlar baş verir və təkcə Moldova Respublikasında deyil. Uzun illər boyunca Moldova Respublikası bu problemə ciddi yanaşmırdı, çünki bizdə ölkənin başında duran və başqa dövlətlərin maraqları üçün işləyən siyasətçilər var idi. Cəza deyəndə mən prokurorluğu və məhkəmələri nəzərdə tuturam. Ümid edirəm ki, bu dəfə dəlillər ciddi olacaq və bu insanları cəzalandıracaq qurumların münasibəti də bir o qədər ciddi olacaq. İndi ən əsası odur ki, vətənə xəyanətin bu nümunəsi qanunun tələb etdiyi kimi ən ağır şəkildə cəzalandırılsın” – deyə Maia Sandu bildirib.

Moldova Parlamentində aparılan axtarışlardan sonra Rusiya səfirliyinin əməkdaşı ölkədən çıxarılıb, iki nəfər isə dövlətə xəyanət ittihamı ilə saxlanılıb.