Mahmud Abbas - İsmayıl Haniyənin öldürülməsi qorxaqlıq və təhlükəli hadisədir
Mahmud Abbas - İsmayıl Haniyənin öldürülməsi qorxaqlıq və təhlükəli hadisədir

Fələstin prezidenti Mahmud Abbas HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsini “qorxaqlıq və təhlükəli hadisə” adlandırıb.

O, həmçinin fələstinliləri İsrail işğalı qarşısında birləşməyə, səbirli və möhkəm olmağa çağırıb.

HƏMAS-ın bu gün elan etdiyi kimi, İsrail Tehranda reyd zamanı siyasi lideri İsmayıl Haniyəni öldürüb. HƏMAS-ın nümayəndəsi Sami Əbu Zuhri qeyd edib ki, onlar İsraillə açıq müharibədədirlər və istənilən qiyməti ödəməyə hazırdırlar.

HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə sonuncu dəfə dünən İran prezidenti Məsud Fezeşkiyanın andiçmə mərasimində ictimaiyyət qarşısına çıxıb.