Londonda İran hökümətinin tərəfdarı və əleyhdarı olan nümayişçilər arasında toqquşma nəticəsində 4 nəfər yaralandı
Londonda İran hökümətinin tərəfdarı və əleyhdarı olan nümayişçilər arasında toqquşma nəticəsində 4 nəfər yaralandı

Londonda İran hökümətinin tərəfdarı və əleyhdarı olan nümayişçilər arasında baş verən toqquşma nəticəsində 4 nəfər yaralandı. Bir nəfər saxlanıldı.

Bu barədə məlumatı “Sky News” London polisinə istinadən yayır.

Nümayiş İran prezidenti İbrahim Rəisinin həlak olması ilə əlaqədar keçirilirdi, məhz bu zaman iki qarşıduran qruplar arasında toqquşma baş verdi. Təcili yardım həkimləri yaralılara yardım göstərdilər.