Lloyd Ostin - İsraillə "Hizbullah" arasında döyüşün qaçılmaz olduğuna inanmıram
Lloyd Ostin - İsraillə "Hizbullah" arasında döyüşün qaçılmaz olduğuna inanmıram

 
ABŞ-ın müdafiə naziri Lloyd Austin “Hizbullah” və İsrail arasında döyüşün qaçılmaz olduğuna inanmır, lakin Lloyd eskalasiya ehtimalından narahatdır.

Bu barədə məlumatı “Reuters” yayır.

“İsrailin şimal sərhədində çoxlu aktivlik müşahidə etməyimizə və bunun genişmiqyaslı döyüşə çevrilə biləcəyindən narahat olmağımıza baxmayaraq, bu döyüşün qaçılmaz olduğuna inanmıram. Biz bunun diplomatik yolla həllini görməyi arzulayardıq” – Lloyd Ostin Manilaya səfəri zamanı mətbuat konfransında bildirib.

İyulun 27-də Qolan təpələrinə, futbol meydançasına edilən raket hücumu nəticəsində 12 uşağın həyatını itirməsi ilə bölgədə vəziyyət daha da gərginləşib. İsrail raket hücumunda “Hizbullah”ı günahlandırıb və sərt cavab vəd edib.

“Hizbullah” raket hücumunu həyata keçirdiyini inkar edir.