Lloyd Ostin - biz hər hansı bir ölkənin liderinin sərhədləri necə aşmaq istədiyini görmək istəmirik, biz Putini Ukraynanın suveren ərazilərindən hərbçilərini çıxarmağa çağırırıq
Lloyd Ostin - biz hər hansı bir ölkənin liderinin sərhədləri necə aşmaq istədiyini görmək istəmirik, biz Putini Ukraynanın suveren ərazilərindən hərbçilərini çıxarmağa çağırırıq

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya prezidentinin sülh təşəbbüsünə münasibət bildirib. Lloyd Ostinin Brüsseldə keçirdiyi mətbuat konfransında bildirdiyi kimi, Putin Ukraynaya sülh yaratmaq üçün nə edəcəyini diktə etmək vəziyyətində deyil.

“Biz belə bir hərəkət görmək istəmirik. Biz hər hansı bir ölkənin liderinin sərhədləri necə aşmaq istədiyini və qonşu ölkənin ərazisini fəth etməsini görmək istəmirik”,- Lloyd Ostin bildirib.

Müdafiə naziri həmçinin qeyd edib ki, Vladimir Putin istərsə, yüz minlərlə hərbi qulluqçunun həlak olduğu və yaralandığı əsassız müharibəni bu gün dayandıra bilər.

“Biz onu öz hərbçilərini Ukraynanın suveren ərazilərindən çıxarmağa çağırırıq”, – Lloyd Ostin bildirib.

Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəsin şərtlərini təqdim etdi. Putinin bildirdiyi kimi, “Ukrayna qoşunları Donetsk, Luqansk, Zaporojya, Xersondan çıxarılmalıdır, Ukrayna NATO-ya üzvlük planlarından əl çəkməlidir, o zaman Rusiya danışıqlara hazır olacaq”. Vladimir Putinin bildirdiyinə görə, Rusiya Ukraynanın neytral, bloklara qoşulmaması, nüvə silahından azad olmasını zəruri şərt hesab edir. Onun dediyinə görə, yeni sülh təklifi münaqişənin dondurulması demək deyil, onun tam həlli deməkdir.