Livandan İsrailin şimalına 10 raket atıblar, bir nəfər həyatını itirib
Livandan İsrailin şimalına 10 raket atıblar, bir nəfər həyatını itirib

 
Livandan atılan raket İsrailin şimalında insan tələfatı ilə nəticələnib.

İsrail mediası Livandan ölkə istiqamətində on raket atıldığını, nəticədə Haqoşrim icmasında partlayan raketin parçalarından aldığı bədən xəsarətlərindən 30 yaşlı kişinin həlak olduğunu yazır.

Raketlərin əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

İsrailin Müdafiə Qüvvələrinin məlumatında, raketlərin buraxıldığı yerin İsrail ordusunun bölməsi tərəfindən artilleriya ilə bombalandığı deyilir.