Livandan İsrail istiqamətində daha 70-ə yaxın raket atılıb
Livandan İsrail istiqamətində daha 70-ə yaxın raket atılıb

Livandan İsrail istiqamətində daha 70-ə yaxın raket atılıb. Bu səhər, ümumilikdə, Livandan İsrailin şimalı istiqamətində 160-dan çox raket buraxılıb. İsrailin hava hücumundan müdafiə sistemi raketlərin bir hissəsini zərərsizləşdirib, bir hissəsi isə İsrailin Meron bölgəsinə düşüb. Ölənlər və yaralananlar barədə məlumat yoxdur.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubunda raket buraxılış qurğularını bombalayıb. İsrailin hərbi əməliyyatları Livandan İsrail ərazisi istiqamətində 90 raket atmasından sonra baş verib. Bu, müharibə zamanı Livandan atılan ən böyük raket hücumudur. Müharibə zamanı ilk dəfə olaraq İsrailin Tiberiya şəhəri hücum hədəfinə çevrildi. Livanda ötən gecə İsrailin hava hücumları nəticəsində “Hizbullah” komandirlərindən birinin öldürüldüyü açıqlanıb.