Litvanın Seymi İnqrida Şimoniteyə etimad göstərib və o, yenidən baş nazir vəzifəsində qalır
Litvanın Seymi İnqrida Şimoniteyə etimad göstərib və o, yenidən baş nazir vəzifəsində qalır

 
İnqrida Şimonite Litvanın Baş naziri vəzifəsində qalır. Litva Seymi ona etimad göstərib. Şimonitenin namizədliyini 69 deputat dəstəkləyib, 30 deputat əleyhinə səs verib, 25 deputat isə bitərəf qalıb.

Litvanın Prezidenti Qitanas Nausedanın andiçmə mərasimindən sonra İnqrid Şimonite qanunun tələb etdiyi kimi hökumətin səlahiyyətlərini prezidentə qaytarıb, bundan sonra o, yenidən baş naziri təyin etməli olub.

Prezident seçkilərində onun rəqibi olan Qitanas Nauseda baş nazirliyə namizəd kimi İnqrida Şimonitenin adını çəkib.

Səsvermədən sonra baş nazir yeni hökumətin tərkibini prezidentlə razılaşdırmalıdır.