Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək
Litvada prezident seçkilərinin ikinci turu keçiriləcək

 
Litvada keçirilən prezident seçkilərinin birinci turunda hazırki prezident Qitanas Nauseda liderlik edir, lakin ölkədə seçkilərin ikinci turu olacaq.

Mərkəzi Seçki Komissiyasının göstəricilərinə əsasən, Nauseda 44 faiz, onun rəqibi baş nazir İnqrida Şimonite isə 19 faiz səs toplayıb. MSK, əhalinin seçkilərdə aktivliyinin 59,4 faiz olması haqda məlumat verir.

“Bəli, birinci turda qalib gəlmək istəyirdim, amma görünür, ikinci tur olacaq. Qələbə üçün qətiyyətlə mübarizə aparmağa hazıram və fikrimcə, bunu bacaracam”- Qitanas Nauseda açıqlayıb.

Öz növbəsində Şimonite qeyd edib ki, onun əsas məqsədi ikinci tura keçmək olub.

“Hesab edirəm ki, bu məqsədə nail olunub” – Şimonite bildirir.

Litvada prezident seçkilərində səkkiz namizəd iştirak edirdi.