Laşa Xutsişvili - “Açıq Büdcə İndeksi”ndə əldə olunan uğur Gürcüstanın ictimai maliyyənin idarəedilməsi istiqamətində islahatlarının beynəlxalq səviyyədə tanınmasıdır
Laşa Xutsişvili - “Açıq Büdcə İndeksi”ndə əldə olunan uğur Gürcüstanın ictimai maliyyənin idarəedilməsi istiqamətində islahatlarının beynəlxalq səviyyədə tanınmasıdır

 
Açıq Büdcə İndeksində (Open Budget Index 2023) Gürcüstan dünyanın 125 ölkəsi arasında tam şəffaf ölkələr sırasında yenidən birinci yerdə qərarlaşıb. “Açıq Büdcə İndeksi”ndə əldə olunan uğur Gürcüstanın ictimai maliyyənin idarəedilməsi istiqamətində islahatlarının beynəlxalq səviyyədə tanınmasıdır-bu haqda Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili deyib.

Xutsişvili bildirib ki, ölkənin reytinqi Gürcüstanın 21-ci yerdən beşinci yerə yüksəldiyi büdcəyə nəzarət istiqamətində mühüm irəliləyiş əldə edib.

“Büdcə prosesində iştirak edən bütün tərəfləri bu uğur münasibətilə təbrik edirəm. Bu o deməkdir ki, ölkəmiz şəffaflıq və hesabatlılıq istiqamətində düzgün addımlar atır və Gürcüstanın ictimai maliyyənin idarəedilməsi istiqamətində islahatları dünya miqyasında tanınır. Təbii ki, bu baxımdan islahatlar davam edəcək, müvafiq olaraq irəliləyiş gələcəkdə də görünəcək”- deyə maliyyə naziri Laşa Xutsişvili bildirib.