Lali Turdzeladzenin məlumatına görə, koronavirusdan həlak olan pasiyent daha öncə miokard infarktı keçirən, 68 yaşlı kişidir

Birinci Universitet Klinikasının direktoru Lali Turdzeladzenin məlumatına görə, koronavirusdan həlak olan beşinci pasiyent, daha öncə miokard infarktı keçirən, 68 yaşlı kişidir.

Pasiyent Bolnisi klasterindən idi.

Klinikanın direktorunun dediyinə görə, onun vəziyyəti gətirildiyi gündən ağır idi, çünki daha öncə miokard infarktı keçirmişdi və koronavirusa görə, vəziyyəti daha da çətinləşdi.