Kursk vilayətində dronlarla hücum nəticəsində zavodda yanğın baş verib
Kursk vilayətində dronlarla hücum nəticəsində zavodda yanğın baş verib

 
Rusiyada, Ukrayna sərhədinin 25 kilometrliyində yerləşən Kursk vilayətində pilotsuz uçuş aparatı ilə hücum nəticəsində zavodda yanğın baş verib.

Kursk vilayətinin qubernatoru Aleksey Smirnovun dediyi kimi, Ukraynaya məxsus dron partlayıcı qurğunu zavodun ərazisinə atıb.

O, hadisə nəticəsində zavodun işçilərinin xəsarət almadığını bildirib.

Yanğın 400 kvadratmetr ərazini cənginə alıb.

Məlumat üçün bildirək ki, Kursk vilayəti mütəmadi olaraq hücumlara məruz qalır. Xüsusilə, iyulun 14-də Suci şəhərində televiziya qülləsində dronların hücumu nəticəsində yanğın əmələ gəlib. Bundan əvvəl eyni şəhərdə dörd elektrik stansiyasına pilotsuz uçuş aparatları hücum edib, nəticədə onların fəaliyyətini dayandırıblar.