Kremldə Rusiyada saxlanılan "Wall Street Journal" jurnalistinin mümkün mübadiləsi ilə bağlı ABŞ və Rusiya arasında əlaqələrin davam etdiyini bildirirlər
Kremldə Rusiyada saxlanılan "Wall Street Journal" jurnalistinin mümkün mübadiləsi ilə bağlı ABŞ və Rusiya arasında əlaqələrin davam etdiyini bildirirlər

Kremldə Rusiyada saxlanılan “Wall Street Journal” jurnalisti Evan Qerşkoviçin mümkün mübadiləsi ilə bağlı ABŞ və Rusiya arasında əlaqələrin davam etdiyini bildirirlər, hərçənd, bu əlaqələr tam informasiya sükutunda davam etməlidir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mediaya bildirib.

“Prezidentin bir az əvvəl Sankt-Peterburqda informasiya agentliklərinin rəhbərləri ilə söhbətini bir daha xatırlatmaq istərdim. O, belə əlaqələrin olduğunu təsdiqləyib, hərçənd, onlar keçirilir və gələcəkdə də tam informasiya sükutunda keçirilməlidir. Ona görə də heç bir elanlar, bəyanatlar, bununla bağlı həç bir məlumat təqdim edilə bilməz”, – Rusiya prezidentinin mətbuat katibi bildirib.

32 yaşlı Gerşkoviç Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən 29 mart 2023-cü ildə Yekaterinburqda casusluq ittihamı ilə saxlanılıb. Onu 20 ilə qədər həbs gözləyir. Gerşkoviç ittihamı rədd edir.