Kremldə bildirirlər ki, qərb mediasının Fransanın dəmir yolu sisteminə hücumun arxasında guya Rusiyanın dayanması ilə bağlı ittihamı yalandır
Kremldə bildirirlər ki, qərb mediasının Fransanın dəmir yolu sisteminə hücumun arxasında guya Rusiyanın dayanması ilə bağlı ittihamı yalandır

 
Moskvada bildirirlər ki, qərb mediasının Fransanın dəmir yolu sisteminə həyata keçirilən hücumun arxasında guya Rusiyanın dayanması ilə bağlı ittihamı yalandır.

Kremldə dedikləri kimi, qərb mediası hər şeyə görə Rusiyanı günahlandırmağa çalışır.

Fransada dəmiryol şəbəkəsinə qarşı vandalizm aktı bir neçə gün əvvəl həyata keçirilib, bu da Paris Olimpiadasının açılış mərasiminə bir neçə saat qalmış dəmiryolu sisteminin işini ləngidib.