Kremldə bildirirlər ki, Donald Trampın prezidentliyi dövründə Rusiya üçün yaxşı heç nə baş vermirdi
Kremldə bildirirlər ki, Donald Trampın prezidentliyi dövründə Rusiya üçün yaxşı heç nə baş vermirdi

 

Donald Trampın prezidentliyi dövründə Rusiya üçün yaxşı heç nə baş vermirdi, yeni məhdudiyyətlər tətbiq olunurdu, lakin yenə də dialoq aparırdıq- bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Putin və Trampın qarşılıqlı anlaşmasına gəlincə, Trampın dövründə Rusiya üçün xüsusilə yaxşı heç nə baş vermirdi, əksinə, yeni məhdudiyyətlər tətbiq olunurdu, lakin yenə də dialoq var idi. Bu, yəqin ki, müsbət element sayıla bilər”- Peskov deyib.

ABŞ prezidentliyinə namizəd Donald Tramp “Bloomberg”ə müsahibəsində noyabrın 5-də keçiriləcək seçkilərdə qələbə qazanacağı halda Rusiyaya qarşı tətbiq edilən sanksiyaları zəiflədəcəyini istisna etməyib.