Koronavirusun yeni hallarından üçü Kaxetidə qeydə alınıb, infeksiyaya yoluxanlar məktəb şagirdləridir
Koronavirusun yeni hallarından üçü Kaxetidə qeydə alınıb, infeksiyaya yoluxanlar məktəb şagirdləridir

Kaxetidə koronavirusun üç yeni halı qeydə alındı.

Virus Qurcaani munisipalitetinin Velistsixe kəndində üç şagirddə – infeksiyaya yoluxan doqquzuncu sinif şagirdinin qardaşı və onun iki sinif yoldaşında təsdiqləndi.

Kənddə epidemioloqlar qrupu səhərdən işləyirlər və infeksiyalıların kontaktlarını müəyyənləşdirəyə çalışırlar.

İnfeksiya hallarının təsdiqləndiyi ictimai məktəbdə, təhsil prosesi rəsmi olaraq, dayandırılmayıb, ancaq valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edirlər.

Velistsixe məktəbində epidemioloqlar tərəfindən vəziyyətin öyrənildiyindən sonra, təhsil prosesinin dayanıb, dayanmayacağı bugün bəlli olacaq.