Koronavirusla bağlı yeni məhdudiyyətlər haqqında sabah məlumat veriləcək
Koronavirusla bağlı yeni məhdudiyyətlər haqqında sabah məlumat veriləcək

Koronavirusla bağlı yeni məhdudiyyətlər və onların qüvvəyə minməsi tarixləri haqqında dəqiq məlumat əhaliyə sabah veriləcək, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze, bugünki hökümət iclasından sonra verdi.

Onun dediyinə görə, bizneslə konsultasiyalar davam edir və məhdudiyyətlərin hansı formatda olması ilə bağlı iki variant var.

“Əsas olan odur ki, ekspertlər və epidemioloqlar tərəfindən qoyulan məhdudiyyətlərə riayət edilsin.

İki həftə ərzində infeksiya saylarının azaldılması və yaxud artması müşahidə edilsə, vəziyyətdən irəli gələrək, məhdudiyyətləri ya azaldacağıq, ya da artıracağıq.

Hansı növ məhdudiyyətlərin nəzərdə tutulduğunu əhaliyə sabah təqdim edəcəyik”, – dedi Tikaradze.