Koordinasiya şurasının qərarı ilə, martın 19-dan qida obyektlərində canlı musiqiyə icazə veriləcək
Koordinasiya şurasının qərarı ilə, martın 19-dan qida obyektlərində canlı musiqiyə icazə veriləcək

Koordinasiya şurasının qərarı ilə, martın 19-dan qida obyektlərində canlı musiqiyə icazə veriləcək, – bu barədə məlumatı koordinasiya şurasının iclası başa çatdıqdan sonra, iqtidar administrasiyasının rəhbəri İlia Darçiaşvili verdi.

İlia Darçiaşvilinin bəyanatına görə, aprelin 1-dən, uşaq əyləncə mərkəzləri və kinoteatrlar da işləyəcək.

“Aprelin 1-dən, bütün requlyasiyaların qorunması şərti ilə, uşaq əyləncə mərkəzləri və kinoteatrlar açılacaq. Sabahdan, martın 19-dan isə, restoranlarda canlı musiqiyə icazə veriıəcək”, – dedi Darçiaşvili.