Kiyevdə prezidentin impiçmenti tələbi ilə yürüşə hazırlaşırlar (foto)
Kiyevdə prezidentin impiçmenti tələbi ilə yürüşə hazırlaşırlar (foto)

Ukraynada, Kiyevdə “impiçment yürüşü” üçün hazırlaşırlar. Aksiya iştirakçıları artıq Şevçenko meydanında toplandılar və onlar Maydan istiqamətinə etiraz yürüşləri keçirəcəklər.

Aksiyanın təşkilatçısı, Odessanın keçmiş qubernatoru, Mixail Saakaşvilidir və o, toplaşanlara nitqlə müraciət edəcək.

Nümayişçilərin əsas tələbi Ukrayna prezidentinin impiçmentidir.

Birinci Kanalın jurnalistinin Kiyevdən verdiyi məlumata görə, yürüş bu vaxta qədər başlamayıb. Mixail Saakaşvili də hələlil görünmür.