Kim Çen İn Çin sərhədi yaxınlığında, insanların təxliyə olunduğu su basmış ərazilərə baş çəkib
Kim Çen İn Çin sərhədi yaxınlığında, insanların təxliyə olunduğu su basmış ərazilərə baş çəkib

 
Şimali Koreyanın lideri Kim Çen İn Çin sərhədi yaxınlığında, insanların təxliyə olunduğu su basmış ərazilərə baş çəkib.

“Reuters” agentliyinin məlumatına əsasən, Şimali Koreyanın Sinuicu əyalətində və Çinlə həmsərhəd olan ətraf rayonlarda leysan yağışları 5 minə yaxın insana ziyan vurub. Təxliyə işlərinə hərbçilər də cəlb olunub.

Kim Çen İn hərbçiləri xidmətlərinə görə tərifləyib və regional hakimiyyət nümayəndələrini tənqid edib. Kim Çen İn hesab edir ki, böhrana cavab tədbirləri effektiv olmayıb.