Xarici İşlər Nazirliyində bildirirlər ki, Ketevan Tsixelaşvilinin səfir vəzifəsindən azad edilməsi haqqında sərəncam rotasiya müddətinin başa çatması ilə bağlıdır
Xarici İşlər Nazirliyində bildirirlər ki, Ketevan Tsixelaşvilinin səfir vəzifəsindən azad edilməsi haqqında sərəncam rotasiya müddətinin başa çatması ilə bağlıdır

Ketevan Tsixelaşvili səfir vəzifəsindən azad edilir.

“Ketevan Tsixelaşvilinin, Avstriya Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfir və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı və Vyana şəhərində yerləşən beynəlxalq təşkilatlarda Gürcüstanın daimi nümayəndəsinin vəzifəsindən azad edilməsi haqqında” sərəncamı 18 iyulda Gürcüstanın prezidenti Salome Zurabişvili verib.

Gürcüstan Prezidentinin sərəncamının bəyənilməsi haqqında sərəncamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyulun 24-də imzalayıb.

Xarici İşlər Nazirliyində bildirirlər ki, qeyd olunan sərəncamlar rotasiya müddətinin başa çatması ilə bağlıdır.