Ketevan Tsixelaşvili azərbaycanlı həmvətəndaşlarını Novruz Bayramı münasibəti ilə təbrik etdi
Ketevan Tsixelaşvili azərbaycanlı həmvətəndaşlarını Novruz Bayramı münasibəti ilə təbrik etdi

Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili azərbaycanlı həmvətəndaşlarını Novruz Bayramı münasibəti ilə təbrik etdi.

“Möhtəşəm bayramınızı ürəkdən təbrik edirəm! Arzu edirəm ki, Novruz Bayramı hər birimizin ailəsinə və vətənimizə xöşbəxtlik və bərəkət gətirsin. Ölkəmizin etnik, dini və mədəni müxtəlifliyi onun əsas zənginliyidir. Bizi məhz bu müxtəliflik birləşdirir və daha da gücləndirir.

Bu gün dünyada koronavirusun yayılması təhlükəsinə görə, ağır vəziyyətdəyik, və hər birinizə can sağlığı arzulayıram və inanıram ki, birgə gücümüz və qatqımız ilə bu çağırışa qalib gələ biləcəyik. Qoy bu bayram ölkəmizə sevinc gətirsin” – deyilir Ketevan Tsixelaşvilinin təbrikində.