Keniyanın paytaxtında hökumət tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib, polis gözyaşardıcı qazdan istifadə edib
Keniyanın paytaxtında hökumət tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib, polis gözyaşardıcı qazdan istifadə edib

 
Keniyanın paytaxtı Nayrobidə hökumət tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Şəhərdə ticarət obyektləri bağlanıb, dövlət qurumları, o cümlədən parlament yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib.

Hökumət əleyhinə aksiyanın iştirakçıları Nayrobi Hava Limanına yürüş planlaşdırırlar. Keniya polisi onları qadağan olunmuş ərazilərə, o cümlədən hava limanlarına getməkdən çəkinməyə çağırır.

Nümayişçilər prezident Uilyam Rutonun istefa verməsini və o cümlədən korrupsiyaya qarşı islahatlar aparılmasını tələb edirlər.

Keniyada vergilərin artırılması haqqında qanun layihəsinə qarşı nümayişlər iyun ayında başlayıb. Prezident Uilyam Rutonun iyunun sonunda qanun layihəsini geri çəkməsinə baxmayaraq, onun istefası tələbi ilə etiraz nümayişləri davam etdi.