Kaxa Kaladze vitse-mer və mer müavinlərini bugün saat 15:00-da təqdim edəcək
Kaxa Kaladze vitse-mer və mer müavinlərini bugün saat 15:00-da təqdim edəcək

Paytaxtın yeni meri Kaxa Kaladze vitse-mer və mer müavinlərini bugün saat 15:00-da təqdim edəcək.

Bu barədə bəyanatı Kaladze meriyada, yeni iş gününə başlayarkən verdi.

İlkin məlumata görə, vitse-mer vəzifəsini İrakli Xmaladze tutacaq, hansı ki, Energetika Nazirliyində Kaxa Kaladzenin müavini olub. Merin müavinlərindən biri isə, Maia Butadze olacaq.

Energetika Nazirliyinin optimizasiyası və nazir İlia Eloşvilinin onun müavini olacağı barədə verilən suallara isə, Kaxa Kaladze konkret cavab verməkdən baş qaçırtdı.